Biz kimik

Biz kimik

Təşkilatın missiyası analiz, ekspertiza, tədqiqatlar və konusltasiya ilə yaxşı idarəetmə, iqtisadi və sosial islahatların həyata keçirilməsinə dəstək verlməsi, dövlət orqanlarının cəmiyyət qarşısında hesabatlı və cavabdeh saxlanılması, vətəndaş cəmiyyətinin antikorrupsiya potensialının gücləndirilməsidir.

Təşkilat bütün maraqlı tərəflərlə əməkdaşlıq edərək islahatlar üçün mühitin yaxşılaşdırılması, mövcud problemlərin obyektiv analiz edilməsi və həlli üçün səylərin birləşdirilməsi, müsbət dəyişikliklər üçün zəminlər və motivasiya yaradılmasına başlıca vəzifəsi kimi görür.

Təşkilat yaxşı idarəetmə, iqtisadi, sosial sahədə mövcud problemlərin başa düşülməsi, həll edilməsi, vətəndaş iştirakçılığının genişləndirilməsi üçün hökumətlə konstuktiv və substantiv dialoqu ən səmərli yollardan biri hesab edir.

Təşkilat beynəlxalq təşkilatlar və layihələrin hökumətlə vətəndaş cəmiyyətinin səylərinin əlaqləndirilməsi, kommunikasiyanın yaxşılaşdırılması, dövlət orqanlarının səmərli fəaliyyəti üçün motivasiya yaradılması, müsbət dəyişikliklər üçün mövcud potensialın gücləndirilməsi üçün realimkan kimi dəyərləndirir. Təşkilat hesab edir ki, ictimai vəkillik fəaliyyətlərinin əsas məqsədi islahat ehtiyaclarıı hökumətə daha yaxşı izah etmək, islahat güdnəliyi formalaşdırmaq və islahatlar üçün ictimai tələbin formalaşmasına nail olmaq olmalıdır.

PSİAM İB Azərbaycan Açıq Hökumət Platformasının fəal üzvüdür.

Son üç ildə PSİAM İB əsasən korrupsiyaya qarşı mübarizə sahəsində maarifçilik, dövlət orqanlarına təlim dəstəyi verilməsi, mikrotədqiqatal aparılması, QHT-lərin ictimai iştirakçılıq, ictimai nəzarət sahəsində bilik və bacarqılaırnın artırılması,  Açıq hökumət islahatlarının təşviqi, Açıq hökumət təşəbbüsləri ilə əlaqədar müzakirə mühitinin yaradılması, vətəndaş cəmiyyətinin, müstəqil ekspertlərin iştirakının gücləndirilməsi istiqamətində işləyib.

Haqqında

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB (bundna sonra PSİAM İB) 15.03.2006-cı il tarixdən dövlət qeydiyyatına alınıb.  Təşkilatın missiyası analiz, ekspertiza, tədqiqatlar və konusltasiya ilə yaxşı idarəetmə, iqtisadi və sosial islahatların həyata keçirilməsinə dəstək verlməsi, dövlət orqanlarının cəmiyyət qarşısında hesabatlı və cavabdeh saxlanılması, vətəndaş cəmiyyətinin antikorrupsiya potensialının gücləndirilməsidir.

PSİAM İB sədri Zaur İbarhimov 2019-cu ildən bu vəzifəyə seçilib. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 aprel tarixli  sərəncamı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasına üzv təyin edilib.

Zaur İbrahimovun CV-si ilə bu linkdən tanış ola bilərsiniz

Son üç ildə PSİAM İB əsasən korrupsiyaya qarşı mübarizə sahəsində maarifçilik, dövlət orqanlarına təlim dəstəyi verilməsi, mikrotədqiqatal aparılması, QHT-lərin ictimai iştirakçılıq, ictimai nəzarət sahəsində bilik və bacarqılaırnın artırılması,  Açıq hökumət islahatlarının təşviqi, Açıq hökumət təşəbbüsləri ilə əlaqədar müzakirə mühitinin yaradılması, vətəndaş cəmiyyətinin, müstəqil ekspertlərin iştirakının gücləndirilməsi istiqamətində işləyib.

Son 4 ildə Yaponiya səfirliyi ilə əməkdaşlığa başlayıb. Yaponiya səfirliyinin qrantları özəl sektorla tərəfdaşlıqda bölgələrəd əhalinin ehtiyacalırna uyğun kənd tibb məntəqələrinin layihləndirilməsinə və inşasına imkan yaradıb. Təşkilat bu layihələrdə əsasən ehtiyacaların qiymətləndirilməsi, səfirliyin monitorinqlər aparması, dövlət orqanları ilə kommunikasiya, razılaşıdrma və icmanın cəlb edilməsi fəaliyyətlərini həyata keçirib.