- Layihənin adı: “İctimai nəzarət və ictimai iştirakçılıq sahəsində vəziyyətin monitoriniqi və qiymətləndirilməsi”
Donoru: Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Məbləği: 9500 AZN
İcra müddəti: 01 fevral – 31 iyun 2022-ci il
Layihənin məqsədi: Azərbaycanda ictimai nəzarət və ictimai iştirakçılıq sahəsində vəziyyətin, praktikanın monitorinqi, qiymətləndirilməsi, inkişaf və zəifliklərin təsviri, bütün maraqlı tərəflərin müstəqil qiymətləndirmə və tövsiyyələrlər təmin olunmasıdır.
Layihə çərçivəsində mərkəzi və yerli icra hakmiyəti orqanları yanında yaradılmış İctimai Şuraların üzvləri ilə Bakı, Gəncə şəhərlərində, Quba rayonunda 3 fokus qrup müzakirəsi keçirilib. Yanında İctimai Şura yaradılmış 5 mərkəzi icra hakmiyyəti, 3 dövlət şirkəti və iki publik hüquqi şəxslərin müvafiq əməkdaşları ilə 1 onlyan müzakirə keçirilib Mərkəzi İcra Hakimiyyəti yanında yaradılmış İctimai Şuraların statistik məlumatları toplanıb. Fokus qrup, onlayn müzakirələr və dərinləşdirilmiş müsahibələrin, sorğuların nəticələri əsasında tövsiyyələri də əks etdirən Hesabatı hazırlanıb. Nəticələr aparıcı QHT və dövlət orqanları nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən dəyirmi masada təqdim olunub.
06 iyun tarixində Holiday İnn mehmanxansında Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Konstitusiya” Araşdırmalar Fondu və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB tərəfindən həyata keçirilən layihələr çərçivəsində “Azərbaycanda ictimai iştirakçılıq praktikası və mövcud qanunvericliyin təkmilləşdirilməsi” mövzusunda dəyirmi masa müzakirələri keçirilib. Azərbaycanda ictimai iştirakçılıq, ictimai nəzarətlə bağlı mövcud vəziyyət, naliyyətlər, müşahidə olunan çətinliklər və bu sahədə təcrübənin yaxşılaşdırılması üçün irəli sürülən təkliflər QHT-lər və dövlət orqanlarının, Milli Məclis təmsilçiləri, Nazirlər Kabineti və Ombudsman nümayəndəsinin iştirakı ilə müzakirə edilib
Tədiqiqatın nəicələri ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.