- Layihənin adı: Dövlət və bələdiyyə qulluqçuları üçün onlyan antikorrupsiya təlim kursunun təşkili”
Donoru: Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Məbləği: 9000 AZN
İcra müddəti: 01 oktyabr – 30 noyabr 2022-ci il
Layihənin məqsədi: Yerli icra hakimiyyətləri və bələdiyyə üzvləri və qulluqçularını onlayn təlimlərə cəlb etməklə onların korrupsiya risklərinin idarəedilməsi və etik davranış prinsipləri, qaydaları və normalarına riayət edilməsi, ictimai iştirakçılıq sahəsində bilik və bacarıqların inkişaf etdirilməsini nəzərdə tutur.
19-27 oktyabr 2022-ci il tarixdə layihə çərçivəsində yerli icra hakmiyyətlərinə 6 antikorrupsiya təlimi keçirilib. Təlimlərə ümumilikdə 98 nəfər yerli icra hakmiyyəti əməkdaşı qatılıb. Layihə çərçivəsində rayon icra hakmiyyətərinin əməkdaşları üçün “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət”, “Korrupsiya risklərinin aşkar edilməsi və qarşısının alınması” və “Dövlət qulluğunda etik davranış prinsipləri” mövzusunda hər biri 3 sessiyadan ibarət 6 təlim keçirilib.
Əliməmməd Nuriyev ““Korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət” , “Korrupsiya risklərinin aşkar edilməsi və qarşısının alınması”, A.Əliyev və S.Məcidov isə “Dövlət qulluğunda etik davranış prinsipləri” mövzusunda sessiyaları aparıblar.
28 noyabr – 01 dekabr 2022-ci il tarixlərində layihə çərçivəsində bələdiyyə üzvləri və qulluqçularına 4 antikorrupsiya təlimi keçirilib. Təlimlərə ümumilikdə 81 nəfər yerli icra hakmiyyəti əməkdaşı qatılıb. Ə.Nuriyev ““Korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət” , “Korrupsiya risklərinin aşkar edilməsi və qarşısının alınması”, S.Məcidov isə “Dövlət qulluğunda etik davranış prinsipləri” mövzusunda sessiyaları aparıblar.
Təlim kursu interaktivlik təmin edilməklə konkret keyslər üzrə qanunvericiliyə əsasən qərarların qəbulu, davranışı modelləşdirir, korrupsiya hüquqpozmaları zamanı qanunvericiliyə uyğun qərarların qəbulu, addımların atılmasını, cavabdehliyi və etik davranış qaydalarına əməl edilməsi, ictimai iştirakçılıq sahəsində bacarıqlarını inkişaf etdirilməsini, qanunvericiliyin müxtəlif aspektləri ilə bağlı sualları cavablandırmaq və izah verməklə nəzəri və praktik bilikləri möhkəmləndirməyi hədəfləyib.