“Açıq hökumət debatları”

“Açıq hökumət debatları”

  • Layihənin adı: “Açıq hökumət debatları”

Donoru: ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Konsaltıniq və Azərbaycan Açıq Hökumət Platforması ilə birgə icra olunan Şəffaflıq naminə vətəndaş cəmiyyəti  Layihəsi (ECSOFT

Məbləği: 9890 USD

İcra müddəti: 01 mart –  01 iyul 2022-ci il

Layihənin məqsədi:  Açıq debatlar, ictimai və ekspert diskusiyaları ilə müzakirə mühiti formalaşdırmaqla antikorrupsiya tədbirlərinin, şəffaflıq və hesabatlılıq təşəbbüslərinin gücləndirilməsi, səmərəli həyata keçirilməsinə dəstək verilməsidir.

 

Azərbaycan təcrübəsində ilk dəfə olaraq korrupsiyaya qarşı mübarizə sahəsində aktual məsələlərlə bağlı dövlət orqanlarının, ixtisaslaşmış QHT nümayəndələri və müstəqil ekspertlərin iştirakı ilə canlı yayımda ardıcıl debatlar və silsilə ictimai dinləmələr keçirilib.

İctimai dinləmələr “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB-in Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması əməkdaşlıqda həyata keçirdiyi “Açıq hökumət debatları” layihəsi çərçivəsində baş tutub.

Layihə çərçivəsində onlayan formatda “Dövlət orqanlarının fəaliyyətində informasiya şəffaflığı və korrupsiyaya qarşı mübarizə”, “Dövlət şirkətlərində hesabatlılıq və şəffaflıq”, “Korrupsiyaya qarşı mübarizədə İKT-dən istifadə və əldə olunan nəticələr”, “Vətəndaş müraciətlərinə baxılması sahəsində vəziyyət”, “Dövlət xidmətlərinin “ASAN xidmət indeksi” əsasında qiymətləndirilməsi: Mövcud vəziyyət və perespektivə baxış” mövzularında keçirilib. Dinləmələrə 170-dən çox iştirakçı qatılıb. Həmçinin Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya, Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Ombudsman, İqtisadiyyat Nazirliyi, Hesablama Palatası, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, MEDİA, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Auditorlar Palatası, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Təhsil Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin nümayəndələri də iştirak ediblər.

Layihənin digər mühüm naliyyəti kimi korrupsiyaya qarşı mübarizə, şəffaflıq və hesabatlılığın təmin olunması, dövlət şirkətlərinin hesabatlılığı, informasiya açıqlığı, bələdiyyələrin və yerli icra hakmiyyəti orqanlarının fəaliyyətində hesabatlılıq, kənar dövlət maliyyə nəzarəti, ictimai iştirakçılıq və ictimai nəzarət məsələləri üzrə mövzularda canlı yayımda 10 debatın keçirilməsini qeyd etmək olar. Debatlarda dövlət orqanlarından Baş Prokuorluq, Ədliyyə Nazirliyinin, Hesablama Palatasının nümayəndələri QHT ekspertlərinin tərəfmüqabili kimi iştirak ediblər. Debatlar PRİME TV yutub kanalı ilə canlı yayımlanıb.

Layihə çərçivəsində, həmçinin korrupsiyaya qarşı mübarizə mövzuları ilə əlaqədar vətəndaş cəmiyyəti ekspertləri canlı yayımda 5 müsahibə veriblər. Debat və müsahibələrə canlı yayımlar zamanı on mindən çox baxış olub.

 

İctimai müzakirələrdə, debat və müsahibələrdə səslənmiş təkliflər Açıq Hökumət Platforması tərəfindən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya təqdim olunub. Təkliflər və təqdimatlarla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.

http://ogp.org.az/az/index.php/2022/07/15/korrupsiyaya-qarsi-mubarize-ictimai-dinleme/

Debat və müsahibələrin videoyazılarına aşağıdakı linklər vasitəsilə baxmaq mümkündür.

Links
https://www.youtube.com/watch?v=hjNsFuXCm40&list=PLYerBk2ly811BzjoLXSfMjoOvclxGHOy2&index=126
https://www.youtube.com/watch?v=vn13cdfz9dE

 

https://ictimaishura.az/details/az/6615

https://www.youtube.com/watch?v=CtBXkajmGsA

https://www.youtube.com/watch?v=INe51oH6N14

 

https://www.youtube.com/watch?v=0Z0xjnp_JRw&list=PLYerBk2ly811BzjoLXSfMjoOvclxGHOy2&index=67

 

https://www.youtube.com/watch?v=WymQSAubgn0&list=PLYerBk2ly811BzjoLXSfMjoOvclxGHOy2&index=74

 

https://www.youtube.com/watch?v=LaS3N2ymo8k&list=PLYerBk2ly811BzjoLXSfMjoOvclxGHOy2&index=25

 

https://www.youtube.com/watch?v=acpVYHejEW8&list=PLYerBk2ly811BzjoLXSfMjoOvclxGHOy2&index=18

 

https://www.youtube.com/watch?v=3-7w-swNdH4&list=PLYerBk2ly811BzjoLXSfMjoOvclxGHOy2&index=6

 

https://www.youtube.com/watch?v=B9r4syPTPo4&list=PLYerBk2ly811BzjoLXSfMjoOvclxGHOy2&index=10

 

https://www.youtube.com/watch?v=G8vfVCwvl5Y&list=PLYerBk2ly811BzjoLXSfMjoOvclxGHOy2&index=6

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Haqqımızda

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB (bundna sonra PSİAM İB) 15.03.2006-cı il tarixdən dövlət qeydiyyatına alınıb.  Təşkilatın missiyası analiz, ekspertiza, tədqiqatlar və konusltasiya ilə yaxşı idarəetmə, iqtisadi və sosial islahatların həyata keçirilməsinə dəstək verlməsi, dövlət orqanlarının cəmiyyət qarşısında hesabatlı və cavabdeh saxlanılması, vətəndaş cəmiyyətinin antikorrupsiya potensialının gücləndirilməsidir.

Kateqoriyalar

Sosial şəbəkələr

Share via
Copy link
Powered by Social Snap