QHT nümayəndəsi kimi 17 dairə üzrə 20 namizəd qeydə alınıb

QHT nümayəndəsi kimi 17 dairə üzrə 20 namizəd qeydə alınıb

Vətəndaş Cəmiyyəti Uğrunda Seçki Müşahidə Koalisiyası 1 sentyabr parlament seçkiləri ilə bağlı aralıq hesabat hazırlayır. Hesabatda ətraflı statistik analiz yer alıb. Hissə-hissə bu məlumatları təqdim edirik. Təqdim etdiyimiz analiz 1 sentyabr parlament seçkilərində QHT sektorundan olan namizədlərə aiddir. Analiz Koalisiyanın informasiya tərəfdaşı QHT.az saytı tərəfindən açıq mənbələr əsasında aparılıb.

QHT nümayəndəsi kimi 17 seçki dairəsində (5, 16, 24, 29, 33, 35, 44, 60, 65, 71, 81, 82, 98, 107, 108, 122, və 125) ümumilikdə, 20 namizəd qeydə alınıb.

Bu namizədlərin 16-sı QHT nümayəndəsi öz təşəbbüsü ilə, 2 nəfər YAP-ın siyahısı üzrə, 1 nəfər Ümid Partiyasından, 1 nəfər isə Ana Vətən Partiyasından namizədliyini irəli sürüb. Namizədlərdən 15-i QHT sədri, digərləri isə nümayəndələrdir.

Namizədlərin gender tərkibi bərabərdir: 10 nəfər qadın, 10 nəfər kişi. Araşdırmalar göstərir ki, eyni dairələr üzrə (35 və 81) hər birində 2 QHT nümayəndəsi arasında mübarizə gedir.

Eyni zamanda, namizəd kimi qeydə alınan 10 QHT sədrinin MSK-nın rəsmi səhifəsində iş yeri başqa sahə kimi qeyd olunub. Bu şəxslərdən 6-sı kişi, 4-ü isə qadındır. 5 nəfər öz təşəbbüsü ilə, qalanlar isə müxtəlif partiyalardan (2 nəfər ƏHD Partiyasından, 1 nəfər Ümid Partiyasından, 1 nəfər Ana Vətən Partiyasından, 1 nəfər Vətəndaş Həmrəyliyi Partiyasından) namizədliyini irəli sürüb.

Bu şəxslərin namizədliyi 10 seçki dairəsində (9, 17, 15, 24, 32, 50, 65, 70, 90 və 119) qeydə alınıb.

Ümumilikdə, QHT sektorundan seçkilərdə 30 nümayəndənin iştirak etdiyini qeyd edə bilərik.

VCU Seçki Müşahidə Koalisiyası

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Haqqımızda

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB (bundna sonra PSİAM İB) 15.03.2006-cı il tarixdən dövlət qeydiyyatına alınıb.  Təşkilatın missiyası analiz, ekspertiza, tədqiqatlar və konusltasiya ilə yaxşı idarəetmə, iqtisadi və sosial islahatların həyata keçirilməsinə dəstək verlməsi, dövlət orqanlarının cəmiyyət qarşısında hesabatlı və cavabdeh saxlanılması, vətəndaş cəmiyyətinin antikorrupsiya potensialının gücləndirilməsidir.

Kateqoriyalar

Sosial şəbəkələr

Share via
Copy link
Powered by Social Snap