Dövlət və bələdiyyə qulluqçuları üçün onlyan antikorrupsiya təlim kursunun təşkili”

Dövlət və bələdiyyə qulluqçuları üçün onlyan antikorrupsiya təlim kursunun təşkili”

  • Layihənin adı: Dövlət və bələdiyyə qulluqçuları üçün onlyan antikorrupsiya təlim kursunun təşkili”

Donoru: Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

Məbləği: 9000 AZN

İcra müddəti: 01 oktyabr – 30 noyabr 2022-ci il

Layihənin məqsədi: Yerli icra hakimiyyətləri və bələdiyyə üzvləri və qulluqçularını onlayn təlimlərə cəlb etməklə onların korrupsiya risklərinin idarəedilməsi və etik davranış prinsipləri, qaydaları və normalarına riayət edilməsi, ictimai iştirakçılıq  sahəsində bilik və bacarıqların inkişaf etdirilməsini nəzərdə tutur.

 

19-27 oktyabr 2022-ci il tarixdə layihə çərçivəsində yerli icra hakmiyyətlərinə  6 antikorrupsiya təlimi keçirilib. Təlimlərə ümumilikdə 98 nəfər yerli icra hakmiyyəti əməkdaşı qatılıb.  Layihə çərçivəsində  rayon icra hakmiyyətərinin əməkdaşları üçün “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət”, “Korrupsiya risklərinin aşkar edilməsi və  qarşısının alınması”   və  “Dövlət qulluğunda etik davranış prinsipləri” mövzusunda hər biri 3 sessiyadan ibarət  6 təlim keçirilib.

Əliməmməd Nuriyev ““Korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət” , “Korrupsiya risklərinin aşkar edilməsi və  qarşısının alınması”, A.Əliyev və S.Məcidov isə “Dövlət qulluğunda etik davranış prinsipləri” mövzusunda sessiyaları aparıblar.

28 noyabr – 01 dekabr 2022-ci il tarixlərində layihə çərçivəsində bələdiyyə üzvləri və qulluqçularına 4 antikorrupsiya təlimi keçirilib. Təlimlərə ümumilikdə 81  nəfər yerli icra hakmiyyəti əməkdaşı qatılıb. Ə.Nuriyev ““Korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət” , “Korrupsiya risklərinin aşkar edilməsi və  qarşısının alınması”, S.Məcidov isə “Dövlət qulluğunda etik davranış prinsipləri” mövzusunda sessiyaları aparıblar.

Təlim kursu interaktivlik təmin edilməklə konkret keyslər üzrə qanunvericiliyə əsasən qərarların qəbulu, davranışı  modelləşdirir, korrupsiya hüquqpozmaları zamanı qanunvericiliyə uyğun qərarların qəbulu, addımların atılmasını, cavabdehliyi və etik davranış qaydalarına əməl edilməsi, ictimai iştirakçılıq sahəsində bacarıqlarını inkişaf etdirilməsini, qanunvericiliyin müxtəlif aspektləri ilə bağlı sualları cavablandırmaq və izah verməklə nəzəri və praktik bilikləri möhkəmləndirməyi hədəfləyib.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Haqqımızda

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB (bundna sonra PSİAM İB) 15.03.2006-cı il tarixdən dövlət qeydiyyatına alınıb.  Təşkilatın missiyası analiz, ekspertiza, tədqiqatlar və konusltasiya ilə yaxşı idarəetmə, iqtisadi və sosial islahatların həyata keçirilməsinə dəstək verlməsi, dövlət orqanlarının cəmiyyət qarşısında hesabatlı və cavabdeh saxlanılması, vətəndaş cəmiyyətinin antikorrupsiya potensialının gücləndirilməsidir.

Kateqoriyalar

Sosial şəbəkələr

Share via
Copy link
Powered by Social Snap